9 may 2024 18:55
9 may 2024 18:15
8 may 2024 11:20
8 may 2024 07:10
Öz növbəmdə ilk olaraq sizə gələcək işlərinizdə uğular arzu edirəm. Biz media nümayəndələri üçün əldə olunan hər xəbərin dəqiq və düzgünlüyü əsas önəm daşıyır. Xəbərləri ilk olaraq dəqiq və operativ şəkildə mətbuata ötürmək sizin işinizə olan məsuliyyətdən irəli gəlir. Sizinlə əməkdaşlığa başladığımız ilk gündən bəri daim bizlərin yanında qərəzsiz və operativ şəkildə dayanmısınız. Həmkarlar İttifaqları Şurası həm də Naxçıvanda medianın dostudur. Şura jurnalistlərin də qayğıları ilə maraqlanır, onların istirahət mərkəzlərində istirahəti üçün şərait yaradır. Media ilə əlaqələriniz davamlı və daimi olsun. İşlərinizdə uğurlar!
"Naxçıvanxəbərləri" MMC olaraq Həmkarlar İttifaqları Şurası ilə birlikdə əməkdaşlıq edirik. Son dövrlərdə Həmkarlar İttifaqları Şurasında əhəmiyyətli islahatlar aparılıb, təkmilləşdirmə işləri həyata keçirilib. Həmkarlar İttifaqları Şurası Naxçıvanda həmçinin əhəmiyyətli layihələrə də imza atıb. Şura bütün kateqoriyadan olan insanların qayğıları ilə maraqlanır, onların istirahətlərini, sanotoriyalara göndərişlərini təşkil edir. Həmkarlar İttifaqları Şurası ilə birlikdə biz də media sahəsində səmərəli əməkdaşlıq edirik. Son günlər şuranın yeni veb-saytının yaranması düşünürəm ki, vətəndaşların quruma əlçatanlığını daha da asanlaşdıracaq. Uğurlar!
Hörmətli Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası! Əvvəlcə Şuranın səmərəli işlərinə görə minnətdarlıq edirəm. Mən, 2022-ci il üzrə təhsil sahəsi üzrə "İlin peşəkar gənci" fəxri adına və mükafatına layiq görülmüşdüm. Biz fəal gənclərin əməyinə diqqətlə yanaşdığınıza görə peşəkar və səmimi kollektivinizə təşəkkürlərimi bildirirəm.
Gənc mütəxəssislərə göstərdiyiniz qayğıya və diqqətə görə başda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası eləcə də, Naxçıvan MR Həmkarlar İttifaqları şurasına dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, 17 noyabrda Naxçıvan MR Həmkarlar İttifaqlaqı Şurasının yaranmasının ildönümü ilə əlaqədar keçirilən tədbirin iştirakçılarından və mükafatlandırılan peşəkar gənclərdən biri idim. Bu addımınız gələcək fəaliyyətimdə də müvəffəqiyyətli olmaq üçün səy göstərməyimə motivasiya verici rol oynadı.
Ağbulaq İstirahət Kompleksi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Şahbuz rayonunun eyniadlı kəndində yerləşir. Ağbulaq Naxçıvan şəhərindən 58 km, Hava Limanından isə 66 km məsafədə yerləşir. Ağbulaq Kənd Turizm-İstirahət ...
2008-ci ildən bəri fəaliyyət göstərən və hazırda ölkənin ən yaxşı istirahət mərkəzlərindən biri olan “Duzdağ” istirahət kompleksi, ləziz və sağlam mətbəxi, bir-birindən maraqlı əyləncə növləri, geniş və işıqlı otaqları ilə 5 ulduzlu məkanın...
Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metrhündürlükdə yerləşir. 2 avqust 2023-cü il tarixdən etib...
Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi həmkarlar ittifaqının balansına alındığı vaxtdan bu günədək quruculuq işləri davam etdirilir. Hotelin içində yerləşməsi nəzərdə tutulan qazanxana üçün yeni bina tikilir. Elektrik...
Ağbulaq İstirahət Kompleksi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Şahbuz rayonunun eyniadlı kəndində yerləşir. Ağbulaq Naxçıvan şəhərindən 58 km, Hava Limanından isə 66 km məsafədə yerləşir. Ağbulaq Kənd Turizm-İstirahət...