CƏFƏROV RAMİZ ƏLİ OĞLU

MÜAVİN

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini

Rəhbərlik


SƏDR


MÜAVİNLƏR


KATİBLƏR

Həyatı


  • Cəfərov Ramiz Əli oğlu 19 may 1959-cu ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olub.
  • 1966–1976-cı illərdə Qarabağlar kənd orta məktəbində orta təhsil alıb.
  • 1978–1980-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
  • Ali təhsilini Naxçıvan Dövlət Universitetində Hüquq və Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində təhsil alıb.
  • Ailəlidir, 4 övladı var.

Əmək fəaliyyəti


  • Müxtəlif idarə və təşkilatlarda çalışıb: Qarabağlar İstehlak Cəmiyyətinin sədri, Qıvraq İstehlak Cəmiyyətinin sədri, Şərur rayon "Kəngərli" Şəkər şirkətinin direktoru (1997–2002), 2 saylı Şərur Seçki Dairəsinin sədri (2003–2004), 24 may 2004-cü ildən 31 avqust 2015-ci ilədək Kəngərli rayon İcra Hakimiyyətinin başçısı kimi rəhbər vəzifələrdə çalışıb.
  • Hazırda Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında sədr müavini işləyir.

Nailiyyətləri


  • 1993-cü ildən Yeni Azərbaycan Partiyasının II, III, IV və V Qurultaylarının nümayəndəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatı Siyasi Şurasının üzvü olub.
  • 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub.
  • Həmkarlar ittifaqı hərəkatlarında xidmətlərinə görə "115 il" Yubiley döş nişanı ilə təltif olunub - 28.01.2021
  • "AHİK-30 il" Yubiley döş nişanı ilə təltif olunub - 30.01.2023
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı ilə təltif olunub - 15.10.2023

İBRAHİMLİ XATİRƏ MİKAYIL QIZI

MÜAVİN

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini

Həyatı


  • 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.
  • 1992-ci ildə Naxçıvan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya ixtisasına daxil olub.
  • 1998-ci ildə həmin universiteti bitirib.
  • Ailəlidir, 2 övladı var.

Əmək fəaliyyəti


  • 1991-ci ildən Rabitə sahəsində əmək fəaliyyətinə başlayıb, 2005-ci ilədək Naxçıvan şəhər Rabitə İdarəsində mühəndis vəzifəsində çalışıb.
  • 2005-ci ildən 2023-cü ilədək Naxçıvan MR Rabitə İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
  • 2006-cı ildən bu günə qədər Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədr müavini kimi fəaliyyət göstərir.
  • 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi Medalı” ilə təltif olunub.