Naxçıvan Xəbərləri MMC-nin Baş redaktoru Mətin Abbaslı

"Naxçıvanxəbərləri" MMC olaraq Həmkarlar İttifaqları Şurası ilə birlikdə əməkdaşlıq edirik. Son dövrlərdə Həmkarlar İttifaqları Şurasında əhəmiyyətli islahatlar aparılıb, təkmilləşdirmə işləri həyata keçirilib. Həmkarlar İttifaqları Şurası Naxçıvanda həmçinin əhəmiyyətli layihələrə də imza atıb. Şura bütün kateqoriyadan olan insanların qayğıları ilə maraqlanır, onların istirahətlərini, sanotoriyalara göndərişlərini təşkil edir. Həmkarlar İttifaqları Şurası ilə birlikdə biz də media sahəsində səmərəli əməkdaşlıq edirik. Son günlər şuranın yeni veb-saytının yaranması düşünürəm ki, vətəndaşların quruma əlçatanlığını daha da asanlaşdıracaq. Uğurlar!