Ağbulaq İstirahət Mərkəzi

Ağbulaq İstirahət Kompleksi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Şahbuz rayonunun eyniadlı kəndində yerləşir. Ağbulaq Naxçıvan şəhərindən 58 km, Hava Limanından isə 66 km məsafədə yerləşir.

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi 2018-ci ildə yaradılıb.

24 iyun 2013-cü il tarixdən etibarən Ağbulaq İstirahət Mərkəzi və Ağbulaq Xizək Mərkəzi Həmkarlar İttifaqları Şurası tərəfindən satın alınıb. Həmin tarixdən etibarən mərkəzdə yaşıllaşdırma və əsaslı bərpa işləri aparılır.

Mərkəzdə ümumi tutumu 76 nəfər olan 38 otaq, 3 restoran, 2 əyləncə parkı fəaliyyət göstərir.

Otaqlar peyk yayımlı TV, daxili xəttli telefon, mini bar, kassa, vanna otağı (duş, duş kabini), WC, fenlə təchiz olunub.

İstirahət Mərkəzində Ağbulaq restoranı, kafe-bar, restoran-bar fəaliyyət göstərir. Bundan başqa mini futbol-voleybol meydanı, uşaqlar üçün əyləncə parkı, market, valyuta məntəqəsi, poçt xidməti və başqa xidmətlər də mövcuddur.

Ağbulaq İstirahət Mərkəzində Standart otaqda:

Tək çarpayı, oturma dəsti, LCD televizor, minibar, elektrikli çaydan, buklet dəsti, telefon xidməti, şkaf, paltar asılqanı, wifi, mərkəzi isitmə sistemi, sabun, şampun, duş jeli, xalat, dəsmal, fen, 24 saat otaq xidməti, çamaşırxana xidməti, fərdi ütü servisi, çay-kofe xidməti mövcuddur.

Tək nəfərlik otaqda:

İki çarpayı

LCD televizor

Mərkəzi kondisioner sistemi

Saçqurudan fen

Mini bar

Elektron seyf

WİFİ

Yanğın siqnalizasiya sistemi

24 saat otaq xidməti

Cüt nəfərlik otaqda:

Bir çarpayı

LCD televizor

Mərkəzi kondisioner sistemi

Saçqurudan fen

Mini bar

Elektron seyf

WİFİ

Yanğın siqnalizasiya sistemi

24 saat otaq xidməti

Xidmətlər (TWİN DOUBLE)

24 saat Qəbul vəYerləşdirmə

24 saat Restoran və Bar

İlk tibbi yardim otağı

24 saat Otaq xidməti

24 saat Təhlükəsizlik xidməti

Pulsuz Park etmə

Oyandırma xidməti

Bələdçi ( ödənişli )

Yanğınsöndürən

RESTORANLAR

Ağbulaq İstirahət Mərkəzində 48 nəfər tutumlu əsas restoran , 18 nəfər tutumlu yumşaq mebellərlə təchiz olunmuş “Salon” adlanan restoran və Böyük zal sizə 24 saat xidmət göstərir. Ağbulaq İstirahət Mərkəzinin restoranında 48 nəfər tutumlu əsas restoran, 18 nəfər tutumlu yumşaq mebellərlə təchiz olunmuş “Salon” adlanan restoran 24 saat xidmət göstərir. Həmçinin bar bölümündən müxtəlif növ içkilər, kənd üsulu hazırlanmış kompotlar, şərbətlər və s. tipli içkilər mövcuddur.

Xidmətlər:

24 saat Qəbul və Yerləşdirmə

24 saat Restoran və Bar

24 saat Otaq xidməti

24 saat Təhlükəsizlik xidməti

Pulsuz Park etmə

Oyandırma xidməti

Bələdçi ( ödənişli )

Yanğınsöndürən

İlk tibbi yardim otağı

AĞBULAQ XİZƏK MƏRKƏZİ

2018-ci il 29 noyabr tarixli Sərəncam ilə Ağbulaq Kənd Turizm- İstirahət Bölgəsi yaradılıb. 2021-ci il Fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Xizək Mərkəzinin ümumi uzunluğu 1600, eni isə 30 metrdir. Mərkəzdə dağ- xizək enişi, kanat yolu, kafelər, süni qaryaratma sistemləri, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları, 20 min kubmetr tutumu olan süni göl və qaryaratma sistemləri quraşdırılıb. Mərkəzin əsas infrastrukturu kanat yoludur. 26 sabit, 2 hərəkət edən süni qar püskürtmə aparatı vasitəsilə ərazidə süni qar örtüyü yaradılır.

KANAT

Uzunluğu 952 metr
Hündürlük fərqi 267 metr
Tutumu saatda 1000 nəfər
58 ədəd 4 nəfərlik oturacaq

GEYİMLƏR VƏ LƏVAZİMATLAR

Mərkəzdə 120 dəst hər yaş qrupuna uyğun geyim və xizək sürənlər üçün də xüsusi geyim dəstləri mövcuddur.

Burada turistlər rahat şəkildə geyimləri və ləvazimatları – gödəkcə, snoubord, kirşə, xizək ayaqqabısı, xizək çubuğu, xizək, dəbilqə, eynək, əlcək və şalvarı ən ucuz qiymətə kirayə edə bilirlər. Mərkəzdə ixtisaslı təlimçilər müxtəlif hazırlıq səviyyəsi olan xizəkçilər üçün təlimlər keçir və təhlükəsizlik qaydalarını izah edirlər.

GEYİMLƏR VƏ AVADANLIQLARIN KİRAYƏSİ

XİZƏK KiRAYƏSİ

Ağbulaq Xizək Mərkəzi öyrənməni sürətləndirmək üçün yaradılmış xüsusi xizək avadanlıqlarının- xizək və xizək çubuğu, xizək ayaqqabısı, gödəkçə, şalvar, snoubordun kirayəsi mövcuddur.

SNOWBOARD KİRAYƏSİ

Ağbulaq Xizək Mərkəzi qar və ərazi şəraitinə uyğun olaraq yüksək keyfiyyətli və K2, öyrənmə prosesini sürətləndirən avadanlıqlar təklif edir.

XİZƏK MƏKTƏBİ

YENİ BAŞLAYANLAR ÜÇÜN TƏLİMLƏR

Ağbulaq xizək məktəbində Türkiyədən dəvət olunmuş ixtisaslı təlimçilər müxtəlif hazırlıq səviyyəsi olan xizəkçilər üçün təlimlər həyata keçirir və təhlükəsizliyin təmin edilməsini öyrədirlər.

İlkin öyrənmə metodu

İlkin öyrənənlər üçün xüsusi sürüşmə zonası mövcuddur. Təlimçilər xizəklə sürüşmənin əsas fəlsəfəsini, ayaqüstə dayana bilmə və s. priyomları öyrətdikdən sonra, sürüşmə zamanı qarşıya çıxan çətinlikləri və sürüşmə zamanı yalnış qərarvermələri aradan qaldırırlar.

KAFE

Ağbulaq Xizək Mərkəzində 2 kafe-bar fəaliyyət göstərir. Kanat liftinin başlanğıcında və sonunda fəaliyyət göstərən kafelərdə qonaqlara tez hazırlanan qida və içkilər təqdim olunur. Kofe, çay və digər içki çeşidləri ilə zəngindir.

ƏYLƏNCƏ PARKI

Uzunluğu 145 metr
Eni 40 metr
Sahəsi 5855 m2

KONVEYOR XƏTTİ

Əyləncə parkı 145 metr
Uşaq parkı 32 metr
Başlanğıc sahə 53 metr

UŞAQ PARKI

Uzunluğu 65 metr
Eni 25 metr
Sahəsi 1630 m2

Əlaqə

Bizimlə əlaqə yaradın

Ünvan: Naxçıvan MR. Şahbuz rayonu Ağbulaq kəndi

Tel:

E-mail:

İnstagram:

Facebook: