“Duzdağ” Hotel

2008-ci ildən bəri fəaliyyət göstərən və hazırda ölkənin ən yaxşı istirahət mərkəzlərindən biri olan “Duzdağ” istirahət kompleksi, ləziz və sağlam mətbəxi, bir-birindən maraqlı əyləncə növləri, geniş və işıqlı otaqları ilə 5 ulduzlu məkanın lüks və rahatlığını özündə birləşdirir. “Duzdağ” hoteldə 100 standart, 35 kiçik suit, 8 suit, 1 kral dairəsi olmaqla 144 otaq və 7 villa fəaliyyət göstərir. Hoteldə Aqua park, sürüş zolağı, oyun zalı və kafedən ibarət Duzdağ Kartinq Mərkəzi, Duzdağ Hotel Spa Mərkəzi, mini futbol meydançası da var.


“Duzdağ” hotel otaqları

Standart

Sahəsi 28 m2 standart otağa təkçarpayı, bir ədəd oturma dəsti, LCD televizor, mini bar, elektrikli çaydan, elektron seyf, telefon xidməti, şkaf, patlar asılqanı, qiblə göstəricisi, qeyd kitabçası, qaralama kağızlar, kataloqlar, xalça döşəmə daxildir.

Juniorsuite

Sahəsi 42 m2 juniorsuite otağa orta geniş zal, təkçarpayı, oturma dəsti, LCD televizor, mini bar, elektrikli çaydan, elektron seyf, telefonxidməti, şkaf, paltarasılqanı, qibləgöstəricisi, qeydkitabçası, qaralamakağızlar, kataloqlar, xalça döşəmə daxildir.

Kral dairəsi

Sahəsi 170 m2 kral dairəsinə 3 ayrı otaq,böyükzal, oturma dəsti, 4 ədəd LCD televizor, böyük bar, iş masası, elektrikli çaydan, 2 elektron seyf, 2 mini bar, 2 yataq otağı, 3 ayrı hamam otağı, telefon xidməti, 2 şkaf, patlar asılqanı, qiblə göstəricisi, qeyd kitabçası, qaralama kağızlar, kataloqlar, xalça döşəmə daxildir.

Kottec

Həyətyanı sahədə 7 ədəd kottec mövcuddur. Sahəsi 90 m2 olan kotteclərin hər biri 3 otaqdan ibarətdir. Kotteclərdə double və twin yataqlar, iki yataq otağı və geniş zal mövcuddur.

“Duzdağ” Hotel Spa Mərkəzi

SPA mərkəzimizdə sauna otağı, buxar və türk hamamı, qapalı hovuzlar, masaj terapiyası, fitness və aerobika mərkəzi mövcuddur.

Restoran

Hotelin restoranında 24 saat xidmət göstərən Açıq Bufet, Canlı musiqi, Kafe Bar fəaliyyət göstərir.

Tədbir zalı

“Duzdağ” hoteldə xüsusi dövlət tədbirləri, iclaslar, seminar və təlimlər üçün nəzərdə tutulmuş iclas zalı, 400 nəfərədək tutumu olan Banket zalı da fəaliyyət göstərir.

Fizioterapiya Mərkəzi

“Duzdağ” hotelinin daxilində yerləşən fizioterapiya mərkəzində dərman bitkiləri və efir yağları ilə müalicəvi vannalar, müalicəvi masaj, darıdağ vannaları, şor su yatağından palçıq müalicəsi təcrübəli həkim və tibb bacıları tərəfindən həyata keçirilir.