Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi

Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi həmkarlar ittifaqının balansına alındığı vaxtdan bu günədək quruculuq işləri davam etdirilir. Hotelin içində yerləşməsi nəzərdə tutulan qazanxana üçün yeni bina tikilir. Elektrik otaqları və yeni su hovuzları yaradılır. Həmçinin binalar arasında mövcud olan 250 metrlik kommunikasiya tuneli standartlara uyğun olmadığından genişləndirilir.